“Milan” qapıçısı ilə anlaşmağa çalışır
“Milan” yaxın vaxtlarda qapıçısı Mayk Menyanla müqaviləni uzada biləcəyinə əmindir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu yaxın bir neçə həftə ərzində fransalı qolkiperlə anlaşmağı gözləyir.
“Milan” Menyanla yeni sözləşməni 2028-ci ilə qədər uzatmaq niyyətindədir. Tərəflər maliyyə komponenti də daxil olmaqla, yeni sözləşmənin bütün detalları barədə hələlik razılığa gəlməyiblər. 29 yaşlı qolkiper ona “Milan”ın təklif etdiyindən daha çox qazanmaq istəyir.
Menyan İtaliya nəhənginə 2021-ci ildə Liqa 1 çempionluğunu qazandıqdan sonra “Lill”dən keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin