“Milan” qiymət qoydu – PSJ-nin istədiyi futbolçuya
“Milan”ın yarımmüdafiəçisi Lukas Paketa qış fasiləsində komandanı tərk edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” PSJ ilə yanaşı, “Valensiya”nın da transfer hədəfində olan futbolçunun təzminat məbləğini müəyyənləşdirib. “Milan” 22 yaşlı futbolçu üçün 30-35 milyon avroarası məbləğ tələb edir. PSJ-nin Lukas üçün danışıqlara başlayacağı bildirilir.
“Milan”da oyun praktikasından əziyyət çəkən futbolçunun da komandadan ayrılmaq istədiyi deyilir.
Yanvarda “Flamenqo”dan “Milan”a transfer olunan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 13 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin