“Milan” portuqaliyalı hücumçu üçün danışıqlara başlayıb

“Milan” PSJ-nin hücumçusu Qonsalo Ramosu transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi portuqaliyalı forvard üçün 30 milyon avro ödəməyə hazırdır. Hazırda “Milan” nümayəndələri onun agentləri ilə danışıqlar aparır.

Ramos son mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə ümumilikdə 46 oyuna çıxaraq, 19 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsinin müddəti daha üç il qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button