
“Milan” Premyer Liqa klubu ilə danışıqlara başlayıb
“Aston Villa”nın hücumçusu Con Duran karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Milan” Duranın transferi üçün klubu ilə danışıqlara başlayıb. “Rossonyerlər” kolumbiyalı hücumçunu bu qış heyətinə qatmaqda israrlıdır.
Duran bu mövsüm “Aston Villa”nın heyətində 21 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin