“Milan” polşalı futbolçuya “elçi düşüb”
“Arsenal”ın müdafiəçisi Yakub Kiver karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Milan” polşalı futbolçunu transfer etmək istəyir. Milan klubu “Arsenal”dan ilkin razılıq almağı bacarıb. Son anda hansısa problem çıxmasa, futbolçu qışdan sonra “Milan”la müqavilə imzalayacaq.
Kiver bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. 23 yaşlı müdafiəçi “Jilina”, “Spetsiya”da oynadıqdan sonra “Arsenal”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin