
“Milan” Polşa klubundan futbolçu transfer etdi
“Milan” “Zaqlembe” klubunun hücumameyilli yarımmüdafiəçisi Mateuş Skoçilyasla müqavilə bağlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin şərtləri haqda məlumat verilməyib.
16 yaşlı yarımmüdafiəçi indiyədək yalnız əvəzedici heyətində oynadığı “Zaqlembe”nin əsas komandasında debüt etməyib.
Skoçilyas gənclər komandaları arasında Polşa çempionatının 2022/23 mövsümündə 11 oyun keçirib və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin