“Milan” Pioliyə əvəzləyici tapıb
“İnter”in və İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte yaydan etibarən “Milan”ı çalışıra bilər.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, klub rəhbərliyi 54 yaşlı mütəxəssisdən başqa heç bir namizədi nəzərdən keçirmir. Rəhbərlik böyük ehtimalla, baş məşqçi Piolinin bu mövsümün sonuna qədər işləməsinə icazə verəcək, bundan sonra Konteni komandaya dəvət edəcəklər.
Konte məşqçilik karyerası ərzində “Çelsi”, “Yuventus”, “İnter”, “Atalanta”, “Siena”, “Bari” və İtaliya millisini çalışdırıb. Mütəxəssisin son klubu “Tottenhem” olub. O, London təmsilçisini ötən il martın sonunda tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin