“Milan”ın Pioli planı

“Milan” baş məşqçisi Stefano Pioli ilə müqaviləni uzatmaq istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” rəhbərliyi 57 yaşlı mütəxəssislə daha bir mövsüm uzadılma ehtimalı ilə 2024-cü ilə qədər hesablanacaq yeni müqavilə bağlamağı planlaşdırır.

Pioli 2019-cu ildən “Milan”a rəhbərlik edir. Mütəxəssis əvvəllər “Parma”, “Sassuolo”, “Bolonya”, “Latsio”, “İnter”, “Fiorentina” və digər klublarda çalışıb.

“Milan” Piolinin rəhbərliyi altında 2021/2022 mövsümündə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button