“Atalanta” da 1/4 finala yüksəldi

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Milan” doğma meydanda “Torino” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Milan” 1/4 finala yüksələn ilk komanda olub.

İkinci oyun günündə daha üç qarşılaşma baş tutub. “İnter” “Fiorentina” ilə səfər oyunundan çətin qələbə ilə ayrılıbsa, “Napoli” “Empoli”ni, “Yuventus” da “Cenoa”nı çətinliklə mübarizədən kənarlaşdırıb.

Bu gün daha iki görüş baş tutub. SPAL “Sassuolo” ilə səfər oyunundan iki cavabsız qolla qalib ayrılıb və növbəti mərhələyə yüksəlib. “Atalanta” isə “Kalyari”dən üstün olub.

İtaliya kuboku, 1/8 final

12 yanvar

Milan – Torino 0:0 (penaltilər 5:4)

13 yanvar

Fiorentina – İnter 1:2

Napoli – Empoli 3:2

Yuventus – Cenoa 3:2

14 yanvar

Sassuolo – SPAL 0:2
Qol
: Missiroli, 49. Dikmann, 58.

Atalanta – Kalyari 3:1
Qol
: Mirançuk, 43. Muriel, 61. Sutalo, 64 – Sottil, 55.

20 yanvar

00:15. Roma – Spetsiya

22 yanvar

00:15. Latsio – Parma

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button