“Milan” belçikalı hücumçu ilə vidalaşacaq

“Milan” hücumçu Divok Origi ilə müqaviləni ləğv etmək üzərində işləməyə davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun qış transfer pəncərəsi açılanda Milan klubundan ayrılacağı gözlənilir. Artıq tərəflər arasında anlaşmaya erkən xitam verilməsi şərtləriylə bağlı şifahi razılıq əldə olunub.

Origi 2022-ci ilin yayında “Liverpul”dan “Milan”a keçib. O, 2022/23 mövsümündə İtaliya klubunun heyətində 36 oyuna çıxıb və 2 qol vurub. Forvard uzun müddətdir oynamır və onun klubla hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button