İtaliya çempionatını bəyənmir – “Milan”dan ayrılacaq

İtaliya mətbuatında yayılan xəbərlərə görə, “Milan”ın fransalı qapıçısı Mayk Menyan klubdakı gələcəyini davam etdirmək niyyətində deyil.

O, müqaviləsini yeniləməkdən imtina edib və A Seriyasını Avropanın ən nüfuzlu liqalarına aid etmədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin ayrılığı hətta qışda da reallaşa bilər. Klub rəhbərliyi oyunçudan gəlir əldə etmək üçün onun satışını nəzərdən keçirir.

Yay transfer pəncərəsində Menyanın “Milan”ı tərk etməsi artıq demək olar ki, qaçılmaz olacaq. O, 2021-ci ildən “Milan”da çıxış edir və ilk mövsümündə komanda ilə birlikdə A Seriyası çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button