
İtaliya klubu Silvanın nümayəndələri ilə əlaqə saxlayıb
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” 31 yaşlı futbolçunun transferində maraqlıdır və artıq onun nümayəndələri ilə ilkin əlaqə saxlayıb.
Silvanın İngiltərə təmsilçisi ilə mövsümün sonunda başa çatacaq müqaviləsi hələ yenilənməyib.
Portuqaliyalı futbolçu “Mançester Siti”nin heyətində 2017-ci ildən çıxış edir və bu müddətdə klubun əsas liderlərindən birinə çevrilib. Daha əvvəl ona “Yuventus”, “Barselona”, “Benfika” və Səudiyyə Ərəbistanı klublarının da maraq göstərdiyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



