“Yuventus” türkiyəli futbolçunu istəyir
“Milan”dakı taleyi müəyyənləşməyən Hakan Çalhanoğlu A Seriyasında klub dəyişdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Məlumata görə, “qoca sinyora” Çalhanoğlu ilə qışda anlaşıb, yay transfer pəncərəsi dövründə azad agent kimi keçidini həll etməyi planlaşdırır. “Qırmızı-qaralar”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq türkiyəli futbolçu qışdan etibarən istədiyi klubla danışıqlar apara bilər.
Çalhanoğlu 2017-ci ildən “Milan”da çıxış edir. Onunla “Atletiko” da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin