“Milan” onunla da yeni müqavilə bağlamaq istəyir
İtaliyanın “Milan” klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir, “qırmızı-qaralar” müdafiəçisi Alessio Romanyoli ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Klub, sözləşməsi 2022-ci ilədək nəzərdə tutulan 25 yaşlı futbolçuyla uzunmüddətli müqavilə bağlamağı planlaşdırır. Tərəflər arasında danışıqların başladığı bildirilir.
“Milan” daha əvvəl Canluici Donnarumma və Hakan Çalhanoğluya yeni müqavilə təklif edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin