“Milan” onu ərəblərə satır – 35 milyon avroya

Fransa millisinin və “Milan”ın müdafiəçisi Teo Hernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun yeni klubu “Əl-Hilal” olacaq.

Tərəflər arasında aparılan danışıqlar nəticəsində transfer razılaşdırılıb. Müqavilənin əsas məbləği 30 milyon avro təşkil edəcək, əlavə olaraq 5 milyon avro bonus kimi nəzərdə tutulub.

Fransalı futbolçu ötən mövsüm “Milan”ın heyətində 49 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button