“Milan”ın Bennaser planı

Əlcəzair millisinin üzvü İsmael Bennaser “Milan”ı Səudiyyə Ərəbistanı klubuna dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” Lazar Samardziç və Yussuf Fofananı almaq üçün pula ehtiyac duyur və klubun bunu əldə etmək planı Bennaseri satmaqdır.

Hər şey plan üzrə getsə, bu, Milan klubuna 50 milyon avroya qədər pul qazanmağa imkan verəcək: təbii ki, Səudiyyə Ərəbistanında bu pulu ödəməyə hazır klub olarsa.

İtaliya A Seriyasının yeni mövsümünə avqustun 17-də start veriləcək. “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button