Yeni müqavilə, 7 milyon avro maaş təklif edirlər
“Milan” klubu hücumçusu Rafael Leao ilə müqaviləni uzada bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 23 yaşlı futbolçuya illik 7 milyon avro maaş olmaqla, 2025 və ya 2026-cı ilə qədər yeni sözləşmə təklif etməyi düşünür.
Portuqaliyalı futbolçu cari mövsümdə “Milan”ın heyətində 36 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin