Milan Obradoviç: “Rəqib bizdən üstün olduğu üçün qalib gəldi”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, Bakıda 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Nə vaxt rəqibimizdən üstün oynasaq, qalib gələcəyik. Futbolçular bu gün meydanda hər şeyi verdi. Məni məyus edən bəzi məqamlar var. Amma bu barədə danışmaq istəmirəm. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik.

Komanda ilk yarıda daha yaxşı oyun sərgilədi. Futbolçular meydanda əllərindən gələni etdilər, mən də onlara təşəkkürümü bildirdim. Qol epizodlarımız var idi. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı.

Birinci qoladək bərabər səviyyəli mübarizə izlədik. Əlimizə düşən şanslardan yararlanmalı idik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi.

Hakimlər haqqında danışmaq istəmirəm. Referinin işindən məmnun qalmadım. Amma biz bu gün hakimlərə görə uduzmadıq. Futbolçularımız gəncdir və onlar üçün hər şey irəlidədir. Baxaq görək komandamızdakı oyunçuların neçəsi Azərbaycan Premyer Liqasında oynayır? Bütün bunlara yığmanın baş məşqçisinin gözü ilə baxıram və hesab edirəm ki, bu çox deyil. Siz fərqli düşünə bilərsiz. Hər kəsin öz fikri var. Artıq üç ildir ki, burdayam və bu müddət ərzində 11 futbolçu əsas komandaya yüksəlib. Bu da bizim işimizin bir hissəsidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button