“Milan” “Napoli”ni məğlub etməklə, titul iddialarını bəyan etdi”

“Yuventus”un keçmiş direktoru Luçano Mocci “Milan”ın bazar günü “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Napoli” üzərindəki qələbəsi (2:1) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu oyun onda müsbət təsir yaradıb və “Milan”ın çempionatın favoritlərindən biri olduğunu söyləyib:

“Milan” “Napoli”ni məğlub etməklə, titul iddialarını bəyan etdi. Komandaya oyunçuların fərdi xüsusiyyətlərini koordinasiya edə bilən “dirijor” lazım idi və baş məşqçi Massimiliano Alleqri bu sahədə ən yaxşısıdır”.

“Milan” sonuncu dəfə 2022-ci ildə İtaliya çempionluğunu qazanıb. Komanda ümumilikdə 19 dəfə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button