Müdafiədəki problemi 60 milyon avroluq transferlə həll edəcəklər
Son zamanlar adı bir neçə klubla yanaşı çəkilən “Leyptsiq”in müdafiəçisi Dayot Upamekano karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” 21 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Qırmızı-qaralar” futbolçunun müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq təzminat məbləğini də ödəməyə hazırdır. Futbolçunu yayda heyətinə qatmaq niyyətində olan “Milan”, Almaniya klubu ilə rəsmi danışıqlara başlamaq niyyətindədir.
“Leyptsiq”lə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulan fransalı futbolçu cari mövsümdə 27 oyunda iştirak edib. Onun adı “Mançester Siti”, “Arsenal” və “Barselona” kimi klublarla da yanaşı çəkilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin