
“Milan” mübahisə edən futbolçularını cəzalandırdı
“Milan” İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “İnter”ə məğlub olduğu (2:3) matçda mübahisə edən futbolçuları – Frank Kessye və Lukas Biqliyanı cəzalandırıb.
Komanda.az xəbər verir ki, Kessyeyə 40 min, Biqliyaya isə 20 min avro pul cəzası verilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Milan” – “İnter” matçının 69-cu dəqiqəsində əvəzlənən Kessye, texniki zonaya getdikdən sonra Biqliya ilə mübahisə edib. Komanda yoldaşlarının müdaxiləsindən sonra sakitləşən tərəflər, oyundan sonra ictimaiyyət qarşısında da üzr istəyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin