
“Mançester Siti”nin 60 milyon avroluq təklifi rədd edilib
“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders “Mançester Siti”yə keçməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi “şəhərlilər”in 60 milyon avroluq təklifini rədd edib. Yarımmüdafiəçi “Milan”ın əsas fiquruna çevrilib və klub rəhbərliyi onu yay transfer pəncərəsində satışa namizəd kimi nəzərdən keçirmir. İtalyanlar Reyndersi gələcək mövsümdə klub heyətinin strateji əhəmiyyətli oyunçusu olaraq görür.
26 yaşlı futbolçu bu mövsüm 52 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



