“Milan” mənim ikinci evimdir”

“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders klubu ilə müqavilə müddətini uzatdıqdan sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunu öz evi kimi gördüyünü bildirib:

“Bu, böyük bir iltifatdır, müqaviləmi uzatdığım üçün çox fəxr edirəm. “Milan” bir ailə kimidir və mən növbəti mövsümləri səbirsizliklə gözləyirəm. Bu, mənim ikinci evimdir və mən çox xoşbəxtəm”.

26 yaşlı yarımmüdafiəçinin “Milan”la yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Futbolçunun yeni müqaviləsində onun maaşının bonuslar istisna olmaqla illik 1,7 milyon avrodan 3,5 milyon avroya yüksəldiyi bildirilir.

“Milan” martın 8-də səfərdə “Leççe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button