İtaliya klubu Lukakunu icarəyə götürmək istəyir

“Milan” “Çelsi”nin hücumçusu Romelu Lukakunu icarəyə götürməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”ın nümayəndələri London klubu və 31 yaşlı belçikalı futbolçunun ətrafı ilə əlaqə saxlayıb.

İtaliya klubu transferin hansı şərtlər altında mümkün olacağını anlamağa çalışır.

Lukaku ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button