“Milan”ın hədəfi – Lukaku

“Milan” yayda heyətində dəyişikliklər edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi olaraq açıqlanmasa da, klub fransalı hücumçu Olivye Jiru ilə yollarını ayıra bilər. Futbolçu karyerasını MLS-də davam etdirməyə yaxındır.

Hazırda “Milan”ın Jirunun əvəzedicisi kimi Romelu Lukaku ilə maraqlandığı haqda şayiələr var. Lukakunun “Roma” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir, bundan sonra onun “Çelsi”yə qayıtması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button