
Keytanın İtaliyadan “elçi”si var
“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, “Milan” klubunun rəhbərliyi qvineyalı futbolçunun xidmətində maraqlıdır. A Seriyası təmsilçisi Keytanı azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Futbolçunun “Liverpul”la hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir.
İngiltərə klubunun qış transfer pəncərəsində komandadan göndərmək istədiyi 6 futbolçu arasında 27 yaşlı yarımmüdafiəçi də yer alır.
Keyta bu mövsüm İngiltərə superkubokunda bir oyun keçirib və fərqlənə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin