“Milan” La Liqada çıxış edən müdafiəçisini icarədən qaytardı
“Milan” “Vilyarreal”da icarə əsasında çıxış edən müdafiəçisi Matteo Qabbiyanı erkən geri qaytarıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Rossoneri” transfer pəncərəsində izafi vəsait xərcləməkdənsə, mövsümün ikinci yarısını öz ehtiyatları hesabına başa vurmağı planlaşdırır.
Stefano Piolinin məşqçilər qərargahı hesab edir ki, Qabbiyanın xidmətləri komandaya mövsümün ikinci yarısında daha faydalı ola bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin