“Milan” baş məşqçinin istefasını nəzərdən keçirir

“Milan” rəhbərliyi 2024/25 mövsümünün sonunda komandanın baş məşqçisini dəyişməyi düşünür.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, rəhbərlik “Milan”ın A Seriyasını ilk 4-lükdə başa vura bilməyəcəyi təqdirdə, portuqaliyalı mütəxəssis Serjio Konseysaonun istefasını nəzərdən keçirir.

Milan klubu Konseysaonun yerinə “Napoli”nin baş məşqçisi Antonio Konteni dəvət etmək istəyir. 55 yaşlı mütəxəssisin neapollularla müqaviləsi 2027-ci ilə qədərdir.

“Milan” hazırda İtaliya çempionatında keçirdiyi 25 oyundan sonra 41 xala malikdir və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button