
“Milan” A Seriyası oyununu Avstraliyada keçirə bilər
İtaliya A Seriyasının prezidenti Ezio Simonelli çempionatın 24-cü turunun “Milan” – “Komo” matçının Avstraliyada keçirilməsi ideyasının hələ təsdiq edilmədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir çox italiyalı azarkeşlər üçün Avstraliyaya səfərin əlçatmaz olacağını söyləyib:
“Hələ heç bir dəyişiklik yoxdur, biz hələ də UEFA-nın təsdiqini gözləyirik. Lakin ümid edirik ki, bu ayın sonunda təsdiq gələcək”.
Oyunun başqa ölkədə keçirilməsinin əsas səbəbi İtaliyada keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar “Milan”ın doğma arenası olan “San Siro”nun bağlanmasıdır. Amma daha əvvəl UEFA prezidenti Aleksander Çeferin Avropada çempionat oyunlarının başqa qitələrə keçirilməsinin tərəfdarı olmadığını bildirib.
Bizi Facebook-da izləyin



