“Milan”ın sabiq qapıçısı İtaliyada komanda çalışdıracaq

“Milan” klubunun sabiq futbolçusu Marko Amelia İtaliyada komanda çalışdıracaq.

Komanda.az xəbər verir ki, keçmiş qapıçı “Livorno” komandasına baş məşqçi təyin olunub. Bu barədə C Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amelia ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Amelia futbolçu karyerası ərzində İtaliyada “Milan”, “Livorno”, “Cenoa”, “Peruca”, İngiltərə “Çelsi”də çıxış edib. Sabiq qapıçı İtaliya yığmasında 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button