“İnter” baş məşqçi ilə yeni müqavilə bağlamağa hazırdır
“İnter” baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırdır.
Komanda.az “Gazetta dello Sport”a istinadən xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Rəhbərlik İnzaqinin işindən razıdır və onu mümkün qədər uzun müddət komandada saxlamaq istəyir. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.
“İnter” hazırda İtaliya çempionatında 76 xal toplayıb və 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin