“Milan” maliyyə hesabatını açıqladı – Rekord məbləğdə ziyan
“Milan” klubu 2018/19 mövsümünün maliyyə hesabatını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi ötən mövsüm rekord həddə – 145,9 milyon avro ziyan edib. Bu, 2017/18 mövsümünə nisbətən 20 milyon avro çoxdur.
“Milan”ın ötən mövsümdə ümumi dövriyyəsi cəmi 5,1 faiz artıb. Ancaq sponsor gəlirləri və oyunlara bilet satışı azalıb.
“Milan” bu mövsüm A Seriyasında 9 xalla 13-cü sırada yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin