
“Milan” keçmiş futbolçusunu geri qaytarmaq istəyir
“Milan” rəhbərliyi hazırda “Nyukasl”da çıxış edən yarımmüdafiəçi Sandro Tonalini komandaya qaytarmaq istəyir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, İtaliya klubunun düşərgəsi 24 yaşlı futbolçunun yaxın vaxtlarda vətəninə dönəcəyini gözləyir.
Tonalinin 2028-ci ilin ortalarına qədər “Nyukasl”la müqaviləsi var onun bazar dəyəri 38 milyon avrodur. O, 2023-cü ilin yayında Milan klubundan ayrılıb. Milanlılar italiyalı yarımmüdafiəçinin transferindən 64 milyon avro qazanıb.
Tonali İngiltərə Premyer Liqasının cari mövsümündə 6 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin