“Milan” Jiruya əvəzləyici tapıb

Fransanın “Lill” klubunun hücumçusu Conatan David karyerasını İtaliyada davam etdirə bilər.

Kmanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” kanadalı futbolçunu öz sıralarına cəlb etmək istəyir.

İtaliyalılar Davidi mövsümün sonunda komandadan ayrılacağı ehtimal olunan fransalı forvard Olivye Jiruya əvəzləyici kimi baxırlar.

Davidin “Lill”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Hücumçu bu mövsüm Liqa 1-də 29 oyun keçirib, 17 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button