“Milan” İtaliya millisinin üzvü ilə gücləndi
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası nəhəngi “Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb.
“Milan” bir illik icarəyə görə “Breşiya”ya 10 milyon avro ödəyəcək. Tonalinin birdəfəlik transfer üçün də əlavə 10 milyon avro nəzərdə tutulub. Futbolçunun özü ilə 1+4 illik müqavilə imzalanıb. Sandro yeni komandasında “8” nömrəli formanı geyinəcək.
“Breşiya”nın öz yetirməsi olan Tonali artıq İtaliya yığmasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin