80 il sonra bunu da yaşadılar
“Milan” İtaliya A Seriyasının 6-cı turunda öz meydanında “Fiorentina”ya məğlub olub – 1:3.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı-qaralar” bununla da, yerli çempionatda keçirdiyi 6 oyunda 4-cü dəfə məğlub olub. Bu, “Milan”ın 1938/39 mövsümündən sonra A Seriyasında ən uğursuz startıdır. Milan təmsilçisi həmin mövsümdə ilk 7 turda 5 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə etmişdi.
“Milan” hazırda 6 turdan sonra 6 xalla 16-cı sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin