
İbrahimoviç 400-ə çatdı
“Milan” İtaliya A Seriyasının 11-ci turunda “Roma”nı məğlub edib.
Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən matç “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub. Belə ki, oyunda fərqlənən isveçli hücumçu, karyerası ərzində vurduğu qolların sayını 400-ə çatdırıb.
İbrahimoviç peşəkar karyerası ərzində ilk qolunu 22 il əvvəl – 1999-cu ildə “Malmö”də vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin