İbrahimoviç Ronaldonun rekorduna şərik oldu

“Milan” İtaliya A Seriyasında “Venetsiya”nı məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən matçda bir qol vuran Zlatan İbrahimoviç yeni uğura imza atıb.

“Venetsiya” isveçli hücumçunun TOP-5 çempionatlarında qol vurduğu 80-ci komandadır. İbrahimoviç 80 fərqli komandaya qol vuran ikinci futbolçu olub.

İbrahimoviç bununla da, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun rekorduna şərik olub. Ronaldo Avropanın TOP-5 çempionatlarında çıxış edən 80 fərqli komandaya qol vuran ilk futbolçu idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button