
“Milan” İsveçrə millisinin üzvünü transfer etmək istəyir
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Caka İtaliya A Seriyasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, leverkuzenlilər İsveçrə millisinin üzvü ilə yolları ayırmağa hazırdır.
“Bayer” Caka üçün təxminən 10 milyon avro təzminat tələb edir. Onunla “Milan” ciddi şəkildə maraqlanır.
32 yaşlı futbolçu son mövsümdə Bundesliqada 33 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bayer”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununa kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin