
İbrahimoviçin son həftəsi
“Milan” isveçli hücumçu Zlatan İbrahimoviçi transfer etmək istəyir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsiçisi 38 yaşlı futbolçunu dekabra kimi İtaliyaya gətirməyi planlaşdırır. “Milan” İbrahimoviçə 6 milyon avro qazancağı 1,5 illik müqavilə təklif edəcək. İsveçli hücumçunun yaxın zamanda qərarını verəcəyi gözlənilir.
2010-2012-ci illər aralığında “Milan” formasını geyinən İbrahimoviç, 85 oyuna 56 qol vurub.
Hazırda “Los Anceles Qalaksi”yə məxsus olan hücumçunun müqaviləsi dekabrın sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin