“Milan” istəyirdi, “İnter” aldı
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sassuolo”dan Stefano Sensini heyətinə qatıb. Bu barədə “Sassuolo” klubunun prezidenti Covanni Karnevalli İtaliya mətbuatına açıqlamasında deyib. O, Sensini “İnter”ə satdıqlarını bildirib.
Sensinin yaxın zamanda tibbi müayinədən keçəcəyi və “İnter”lə rəsmi müqavilə imzalayacağı bildirilir.
24 yaşlı yarımmüdafiəçinin adı “Milan” klubu ilə də hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin