
“Milan” ingiltərəli üçün danışıqlara başlayıb
“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını “Milan”da davam etdirə bilər.
Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, Milan təmsilçisi ingiltərəli futbolçu üçün “zadəganlar”la danışıqlara başlayıb.
Futbolçunun “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2022/23 mövsümündə paytaxt təmsilçisinin heyətində 28 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin