
“Milan” ingiltərəli hücumçuya göz dikib
“Milan” “Roma”nın hücumçusunun transferi üzərində işləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu Temmi Abrahamı öz sıralarına cəlb etmək istəyir.
İngiltərəli futbolçu çarpaz bağ zədəsi səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı.
“Roma” 2021-ci ildə Abraham üçün “Çelsi”yə 40 milyon avro ödəyib. Hazırda o, paytaxt klubunun baş məşqçisi Daniele De Rossinin planlarında yoxdur.
26 yaşlı forvard İtaliya A Seriyasının son mövsümündə 8 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin