“Milan” icarəyə götürdüyü oyunçunu qaytarmaq istəmir
“Milan” “Çelsi”dən icarəyə götürdüyü Joao Felikslə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Milan klubu icarə müddəti cari mövsümün sonunda başa çatacaq və müqaviləsində satın alma şərti olmayan portuqaliyalı futbolçunu öz sıralarında necə saxlamaq barədə düşünür.
“Çelsi” çətin ki, bu yay Feliksi 40 milyon avrodan aşağı qiymətə satmağa razı olsun, çünki bu, futbolçunun transferindən maliyyə itkilərinin qarşısını almağa imkan verəcək yeganə məbləğdir.
Mübadilə variantı da mümkündür. Belə ki, “Milan” londonlulara öz yetirməsi olan Fikayo Tomorini təklif edə bilər. A Seriyası klubu üçün başqa bir seçim də Feliksin icarə müddətini 2026-cı ilin yayına qədər uzatmaqdır.
Bizi Facebook-da izləyin