“Milan” hücumçusunu yenə icarəyə göndərdi
“Milan”ın hücumçusu Marko Nasti icarə əsasında “Bari” klubuna keçib.
Komanda.az “rossonyerlər”in rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2023/24 mövsümünün sonuna kimi olan müqavilə imzalanıb.
Nasti 2022/23 mövsümünü icarə əsasında “Kosenza”da keçirib. O, İtaliya B Seriyasında 27 oyuna çıxıb, beş qol vurub.
“Bari” də B Seriyasında mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin