“Milan” hücumçusunu satdı
İtaliyanın “Leççe” klubu ötən yay icarəyə götürdüyü iki futbolçunun transfer hüquqlarını aldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”ın hücumçusu Lorenso Kolombo ilə “Sampdoriya”nın qapıçısı Vladimiro Falkoneni birdəfəlik heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Leççe” bu keçidlərə görə “Milan”a 2,5, “Sampdoriya”ya isə 3,5 milyon avro ödənildiyini bəyan edib.
21 yaşlı Lorenso ötən mövsüm “Leççe”nin heyətində 34 oyuna çıxıb, 6 qol vurub. Vladimiro isə bu komandada 39 oyun keçirib, 49 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin