“Milan” hücumçusunu icarəyə göndərib

“Milan” hücumçusu Luka Romeronu icarəyə verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi  icarə əsasında  La Liqa təmsilçisi “Almeriya”da oynayacaq.

Romero “Milan”a ötən yay azad agent kimi keçib. Argentinalı futbolçu bu mövsüm klubun heyətində cəmi 5 oyuna çıxıb. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button