“Milan” Hakan Çalhanoğlunu itirdi

“Milan”ın türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Seltik”lə matç öncəsi məşq zamanı zədə alıb.

Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında “Roma” və “Udineze” ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada “Slaviya”ya qarşı oyunu buraxması da istisna edilmir.

Qeyd edək ki, sabah keçiriləcək “Seltik” – “Milan” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button