“Milan”ın niyə daha pis oynadığını başa düşməliyik” – Sabiq futbolçu

“Milan”ın sabiq kapitanı Massimo Ambrosini keçmiş komandasının İtaliya A Seriyasının 30-cu turunun “Napoli” ilə səfər oyununda (1:2) məğlubiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun yenidən qurulmasından danışıb:

“İnanıram ki, “Milan” güclü komandadır, amma çox geridə qalıb. Komandanın niyə daha pis oynadığını başa düşməliyik. Gələn mövsümə komanda qurmalı olduğumuz üçün kimdən başlayacağımızı, oyunu kimin ətrafında quracağımızı anlamaq vacibdir. Klub yenidən strukturlaşma ilə üz-üzədir və veriləcək qərarlar “Milan”ın gələcək bir neçə il üçün gələcəyini müəyyən edə bilər”.

“Milan” A Seriyasının turnir cədvəlində 47 xalla 9-cu, neapollular isə 64 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button