“Milan” onunla müqaviləni uzatmaq istəyir – “Bayern”ə keçməməsi üçün
“Milan” rəhbərliyi cinah müdafiəçisi Teo Hernandeslə 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Milan klubunun fransalı futbolçunu komandada saxlamaq istəyi ona “Bayern”in fəal marağı fonunda güclənib. “Milan”ın sahibləri baş məsləhətçi Zlatan İbrahimoviçin Hernandeslə müqavilənin uzadılması ilə bağlı danışıqlarda birbaşa iştirak etməli olduğunu bildiriblər.
26 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin